Haqqımızda

Cexoslavkiyanın 1960-cı ildən 1980-1985-ci illərə qədər istehsal etdiyi “Yolana Tornado” gitarası artıq istehsaldan cıxarılmışdır və bu alətlərin bərpası haqda duşunmək məcburiyyətində qalmışdım. Mən uzun illərdir ki, həmin alətlərin bərpası ilə məşğul oluram. Respublikada adlı-sanlı gitara calanların alətlərini bərpa edib, ilkin vəziyyətinə gətirmişəm. Hər dəfə alətləri bərpa edərkən duşunurdum və oz-ozumə sual verirdim:” Nə ucun Azərbaycanın ozunun gitaranı əvəz edəcək milli musiqi aləti yoxdur?!” Bu sual məni daim duşundururdu. Butun bunları nəzərə alaraq, “Fitar” adlı musiqi alətini yaratmaq qərarına gəldim və yeni alətin uzərində təcrubələr apardım. İlk “Fitar” musiqi alətini 2009-cu ilin may ayında tam hazır vəziyyətə gətirdim və sınaq ucun Azərbaycanda gitara ifacılarından ozunəməxsus ifa tərzi olan, mahir gitara ifacısına-Elman Namazoğluna təqdim etdim. Doğrusu, mən “Fitar”ın ozunu doğruldacağına əmin idim ,belə də oldu. İlk sifarişi də Elman Namazoğlundan qəbul etdim. Quliyev Fikrət Şəhriyar oğlu 1955-ci il ,Cəbrayıl rayonu.