AZƏRBAYCANDA İCAD EDİLƏN, MÜƏLLİFİ BƏLLİ OLAN ÇALĞI ALƏTLƏRİNƏ BİR NƏZƏR SALAQ

Dünyanın ən qədim yaşayış məskənlərindən olan Azərbaycan ərazisi həm də qədim mədəniyyət mərkəzlərindən biri sayılır. Zaman-zaman dünya musiqi xəzinəsinə Azərbaycan sənətkarları bir-birindən maraqlı, ecazkar səsli bir sıra çalğı bəxş etmişlər. Çalğı alətlərinin Azərbaycan mədəniyyəti və musiqisinin inkişafında, həmçinin təbliğindəki rolu inkaredilməzdir. Bu alətlərin bir çox peşəkar ifaçıları xalqımızın tanınmış tarixi şəxsiyyətləri olub. Nümunə üçün deyə bilərik ki, Dədə Qorqud əlində qolça qopuz türk ellərini qarış-qarış gəzib, onun öyüd nəsihətləri bu gün də dillər əzbəridir. Xalq qəhrəmanları - Babək əl-Xürrəmi (təqribən 795-838) tənbur, Koroğlu (XVI əsr) isə saz çalmaqla dövrlərinin ən gözəl ifaçıları olublar. Onlar bir əlində qılınc, bir əlində çalğı aləti (tənbur, saz) düşmən üzərinə yeriyiblər. Bununla da döyüşçülərini ruhlandırıb, düşmənləri lərzəyə salıblar. Orta əsrlərdə yaşayan bir çox klassik şairlərimiz muğamlarmızı öyrənməklə bərabər çalğı alətlərimizi də dərindən mənimsəmişlər. Nümunə üçün Məhsəti Gəncəvinin (XI əsrin sonu - XII əsrin birinci yana) çəngdə, kamançada, Şah İsmayıl Xətainin (1486-1524) udda, sazda məharətlə çalmalarının yada salmaq olar (Nəcəfzadə A.t. Xalq çalğı alətlərinin tədrisi metodikası (dərs vəsaiti). В.: MBM, 2007, s. 7). Azərbaycanın tanınmış musiqişünas alimi Mirzə boy (XVI əsrin sonu-XVII əsrin əvvəli) «Musiqi risaləsi» əsərində XVI-XVII əsrlərdə muğamlarımız və ritmlərimiz haqqında məlumat verir (Mirzə bay. Musiqi risaləsi.

Bizimlə əlaqə
Adınız və soyadınız Sizin E-poçtunuz Mövzu Məktub